Topaz Premyer Liqası: XXVIII turun oyunlarının vaxtı açıqlandı
03.04.2015 - 10:31
Topaz Premyer Liqası: XXVIII turun oyunlarının vaxtı açıqlandı

Topaz Premyer Liqasının XXVIII turunun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, IV dövrənin ilk turunun qarşılaşmaları eyni gündə keçiriləcək.

 

Dövrəyə “Bakı” – “Qarabağ” görüşü ilə start veriləcək. Ardınca turnir cədvəlində qonşu olan komandalar üz-üzə gələcək. Eyni vaxtda başlayacaq görüşlərdə “Simurq” “Neftçi”ni, AZAL “Qəbələ”ni qəbul edəcək. Günün son qarşılaşması isə “İnter” və “Xəzər Lənkəran” arasında olacaq.

 

XXVIII tur
5 aprel (bazar)

15:00. “Bakı” – “Qarabağ”

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

17:00. AZAL – “Qəbələ”
AZAL Arena

17:00. “Simurq” – “Neftçi”
Zaqatala şəhər stadionu

 

18:00. “İnter” – “Xəzər Lənkəran”
“İnter Arena”
 

Mənbə: pfl.az