Topaz Premyer Liqasında daha 3 cəzalı
20.04.2015 - 15:10
Topaz Premyer Liqasında daha 3 cəzalı

Toapz Premyer Liqasının bu həftə keçiriləcək XXXI turunun oyunları öncəsi daha 3 futbolçu cəzalı duruma düşüb. Apasport.az saytının məlumatına görə, ötən tur aldıqları sarı vərəqələr həmin oyunçuların yolunu bağlayıb.

 

Çempionatın lideri “Qarabağ” “Neftçi” ilə görüşə ciddi itki ilə çıxacaq. Belə ki, Maksim Medvedev 4-cü dəfə sarı vərəqə ilə cəzalandığından oyunu buraxacaq. Maraqlıdı ki, müdafiəçi bütün vərəqələrini mövsümün ikinci hissəsində alıb.

 

“Simurq” “Sumqayıt”la səfər oyununda kapitanının xidmətindən məhrumdu. Buna İlkin Qırtımovun vərəqə sayını 8-ə çatdırması səbəb olub.

 

AZAL-ın ispaniyalı müdafiəçisi Xuan Fransisko da komandasına kömək etməyəcək. 4-cü sarı vərəqəsini alan futbolçu “İnter”lə görüşdə iştirak etməyəcək.

 

Qeyd edək ki, XXX turda istirahət edən “Xəzər Lənkəran”ın 3 üzvü – Rahid Əmirquliyev, Elşən Rzazadə və Alfred Sanko XXIX turda aldıqları vərəqə üzündən qarşıdakı oyunu buraxacaq.

0