Topaz Premyer Liqasında braziliyalıların hegemonluğu
26.05.2014 - 09:18
Topaz Premyer Liqasında braziliyalıların hegemonluğu

Topaz Premyer Liqasında 2013/14 mövsümünün ən yaxşı futbolçuları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “İnStat Football” şirkətinin hesablamalarına əsasən “Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo mövsümün ən yaxşı oyunçusudur. Cənubi amerikalının “İnStat” reytinqi 175-ə bərabərdir.

Reynaldonun komanda yoldaşı və həmyerlisi Çumbinyo 166 xalla Premyer Liqanın 2-cisidir. “Neftçi”nin braziliyalısı Flavinyo isə 162 xalla mövsümün 3-cüsüdür.

Braziliyalıların hegemonluq etdiyi Topaz Premyer Liqasının 33 ən yaxşısı da məlumdur. “İnStat”ın hesablamalarına görə ən yüksək reytinqə malik 33 futbolçu arasında az oyun keçirənlər də yer alıb.

“İnStat”ın hesablamalarına əsasən 33 ən yaxşı futbolçu

Qapıçılar
1. Georgi Lomaya (“İnter”) - 150
2. İbrahim Şehiç (“Qarabağ”) – 147
3. Səlahət Ağayev (“İnter”) – 145

Mərkəz müdafiəçiləri
1. Denis Silva (“Neftçi”) - 152
2. Yohan Bakonyano (“İnter”) - 151
3. Karlos Kardoso (“Neftçi”) - 150
3. İqor Mitreski (“Neftçi”) - 152
4. Rəşad Sadıqov (“Qarabağ”) – 149
5. Bədavi Hüseynov (“Qarabağ”) - 147
6. Admir Teli (“Qarabağ”) - 147

Sol cinah müdafiəçiləri
1. Bruno Bertuççi (“Neftçi”) - 160
2. Ansi Aqollu (“Qarabağ”) – 148
3. Matiya Şpiçiç (“İnter”) – 140

Sağ cinah müdafiəçiləri
1. Mahir Şükürov (“Neftçi”) - 153
2. Maksim Medvedev (“Qarabağ”) – 151
3. Vanderson Skarduelli (“Xəzər Lənkəran”) - 137

Dayaq yarımmüdafiəçiləri
1. Meza Kolli (“İnter”) - 160
2. Riçard Almeyda (“Qarabağ”) - 159
3. Rəşad sadiqov (“Neftçi”) - 157

Sol cinah yarımmüdafiəçiləri
1. Reynaldo (“Qarabağ”) - 175
2. Flavinyo (“Neftçi”) - 162
3. Muarem Muarem (“Qarabağ”) - 146

Sağ cinah yarımmüdafiəçiləri
1. Leroy Corc (“Qarabağ”) - 151
2. Araz Abdullayev (“Neftçi”) - 150
3. Aleksandr İaşvili (“İnter”) - 147

Mərkəz yarımmüdafiəçiləri
1. Çumbinyo (“Qarabağ”) - 166
2. Vaqif Cavadov (“İnter”) - 154
3. İvan Benites (“İnter”) - 148

Hücumçular
1. Ernest Nfor (“Neftçi”) - 150
2. Baçana Sxadadze (“İnter”) - 143
3. Draqan Çeran (“Simurq”) - 141
4. Bahodir Nasimov (“Neftçi”) - 141
5. Daniel Subotiç (“Qəbələ”) - 140
6. Mbilla Etame (“Xəzər Lənkəran”) - 140