Topaz Premyer Liqasında qapıları səhv salanlar
21.05.2014 - 23:01
Topaz Premyer Liqasında qapıları səhv salanlar

Topaz Premyer Liqasının 2013/14 mövsümündə 13 avtoqol qeydə alınıb. Apasport.az saytının məlumatına görə, 8 komandanın futbolçuları qapıları səhv salıb. Yalnız “İnter”lə “Rəvan”ın üzvləri qapıçılarını çaşdırmayıblar.

 

AZAL hamıdan çox – 3, “Bakı”, “Xəzər Lənkəran” və “Sumqayıt” hərəyə 2 dəfə avtoqola üzülüb. “Neftçi”, “Qəbələ”, “Qarabağ” və “Simurq” azarkeşləri isə 1 dəfə öz oyunçularını vurduğu qola görə qınayıblar.

 

“Simurq”la “Bakı” avtoqollardan qazananlardır. Onlardan hərəsi 3 belə qola sevinib. İki rəqib oyunçu “Qarabağ”la “İnter”i sevindirib. “Sumqayıt”, “Neftçi” və “Qəbələ”nin hərəsinin 1 qolunu rəqibi vurub. “Rəvan”, “Xəzər Lənkəran” və AZAL isə yalnız öz oyunçuları ilə rəqib qapısına yol tapıb. 

 

IX

04.10.2013

Sumqayıt - İnter

Adil İbrahimov (Sumqayıt)

X

20.10.2013

Sumqayıt - Qarabağ

Anar Nəzirov (Sumqayıt)*

XIII

10.11.2013

Neftçi – Bakı

Erik Ramos (Neftçi)

XVI

08.12.2013

Sumqayıt – Bakı

Mario Alvarez (Bakı)

XVI

08.12.2013

Qəbələ - Simurq

Amit Quluzadə (Qəbələ)

XX

09.02.2014

Xəzər Lənkəran - Neftçi

Tieqo de Xesus (Xəzər Lənkəran)

XXI

15.02.2014

Qarabağ – AZAL

Tural Nərimanov (AZAL)

XXII

19.02.2014

AZAL - Qəbələ

Şəhriyar Rəhimov (AZAL)

XXVII

23.03.2014

AZAL – Bakı

Aylton Jose Junior (AZAL)

XXVIII

29.03.2014

Bakı – Simurq

İdan Vaytsman (Simurq)

XXXI

20.04.2014

Simurq – Qarabağ

Bədavi Hüseynov (Qarabağ)*

XXXI

20.04.2014

Bakı – İnter

Araujo Santos (Bakı)

XXXV

12.05.2014

Simurq - Xəzər Lənkəran

Vanderson Skarduelli (Xəzər Lənkəran)*

 

“*” işarəsi ilə qeyd olunan avtoqollar hakim tərəfindən başqa futbolçunun adına yazılsa da, sonradan referinin səhvi aradan qaldırılıb. 1-ci halda Muarem Muarem, digər 2 oyunda Draqan Çeranin hesabına yazılan qolla rəsmi protokolda dəyişdirilərək avtoqol kimi yazılıb.