Topaz Premyer Liqasında yubiley qolu
16.02.2014 - 16:53
Topaz Premyer Liqasında 2013/14 mövsümünün 250-ci qolu vurulub. Apasport.az saytının xəbərinə görə, yubiley topuna “Sumqayıt”ın futbolçusu Rəhman Hacıyev imza atıb. O, buna XXI turun “Rəvan”la qarşılaşmasında fərqlənməklə nail olub. Oyunda hesabı açan Hacıyev turun 8-ci, mövsümün 250-ci qolunun müəllifi olub.
Ümumilikdə isə 105 oyunda 255 qol vurulub. Cari mövsümdə orta məhsuldarlıq 2,43-ə bərabərdir.
Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də “Qəbələ” ilə ev oyununda “Bakı”nın litvalı legioneri Mindauqas Kalonas vurmuşdu.
0
0