Topaz Premyer Liqasının VIII turu 4 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, qırmızı vərəqə alan 3 oyunçu ilə yanaşı, bir futbolçu da sarı vərəqə sayında limitə çatıb.
Belə ki, “Rəvan”ın “Kəpəz”lə qarşılaşmada meydandan qovulan üzvləri Orxan Lalayev, Kənan Manafov və Novruz Məmmədov kimi “Zirə”li Viktor İqbekoyi üçün də I dövrə başa çatıb. Mövsümdə 4-cü sarı vərəqəsini alan afrikalı dövrənin sonuncu – IX turunu buraxmalı olacaq.
Xəbərdarlıq üzündən cəzalı duruma düşən turun yeganə oyunçusu olan nigeriyalı Topaz Premyer Liqasının rekordçusudu. O, karyerasını çempionatımızda davam etdirən legionerlər arasında ən çox oyun keçirən futbolçudu. Hesabında 221 matç olan Viktoru yalnız milliləşən əcnəbilər qabaqlayır.