Topaz Premyer Liqasının son turunda əlavə hakim olmayacaq
16.05.2014 - 09:33
Topaz Premyer Liqasının son turunda əlavə hakim olmayacaq

Topaz Premyer Liqasında XXXVI turun hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın Hakimlər Komitəsi son turun görüşlərini idarə edəcək hakimləri müəyyənləşdirib. Maraqlıdır ki, son oyunların heç birində əlavə köməkçi hakimləri iştirak etməyəcək.

 

XXXVI tur

17 may (şənbə)

 

17:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Munis Abdullayev, Teymur Fərhadov

Qəbələ şəhər stadionu

 

17:00. AZAL – “İnter”
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, İsgəndər Əliyev, Mahir Məmmədov 
“Şəfa” stadionu

 

17:00. “Rəvan” – “Bakı”
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Rza Məmmədov, Rəşad Əhmədov 
“Bayıl Arena” stadionu

 

17:00. “Simurq” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Fərid Məmmədov  
Zaqatala şəhər stadionu

 

19:00. “Xəzər Lənkəran” – “Qarabağ”
Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Kamran Bayramov, Nail Nağıyev  
Tofiq Bəhramov adına Respublika stadionu