Torres “Qalatasaray”a qarşı oynamayacaq
10.03.2014 - 22:53
Torres “Qalatasaray”a qarşı oynamayacaq

 

Çempionlar Liqasında “Qalatasaray”ı öz meydanında qəbul edəcək İngiltərənin “Çelsi” klubu aparıcı oyunçularından birini itirib. Apasport.az saytının məlumatına görə, ingilislər cavab görüşündə Fernando Torresin xidmətindən məhrum olublar.

 

“Tottenhem” ilə görüşdən öncə qasığından zədələnən Torres ən azı 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Onun İngiltərə çempionatındakı “Asto Villa” və “Arsenal” qarşılaşmalarını, eləcə də Çempionlar Liqasında martın 18-də “Qalatasaray”a qarşı keçiriləcək cavab görüşünü buraxacağı bildirilir. Bu səbəbdən də “Çelsi” həmin görüşlərdə Samuel Etoodan qol gözləyəcəklər.