Totti: Topla bir yerdə öləcəyəm
28.05.2014 - 03:30
Totti: Topla bir yerdə öləcəyəm

“Roma”nın kapitanı Françesko Totti futbolu ancaq oynamasının kənardan axmaq göründüyü zaman buraxacağını bildirib. Apasport.az saytının məlumatına görə, professional futbolda 21-ci mövsümünü keçirən Totti karyerasını davam etdirmək istədiyini açıqlayıb.

 

“Roma”nın əfsanəsi futbol oynayaraq böyüdüyünü söyləyib: “Öləndə də, topla bir yerdə öləcəyəm. Şübhəsiz ki, öz sənətimdə qalacağam – futbola bağlı fəaliyyət göstərəcəyəm, futbol barədə danışacağam. Amma kənardan axmaq göründüyümü hiss edən kimi, birinci olaraq özüm ağ dəsmal qaldıracağam. Karyeramda ən parlaq an? Berlində keçirilən 2006-cı ilin dünya çempionatı. O zaman mənim arzum reallığa çevrildi”.