Tuğrul Erat “Alemaniya”ya qarşı oynasa da…
25.08.2014 - 15:11
Millimizin futbolçusu Tuğrul Eratın çıxış etdiyi “Fortuna”nın 23 yaşadək komandası Almaniya Regionalliqasının “Qərb” zonasında IV turun oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Düsseldorf təmsilçisi Axendə “Alemaniya”nın qonağı olub.
Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. 62-ci dəqiqədə “Fortuna”nın azlıqda qaldığı matçda Erat 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Fortuna” hazırda turnir cədvəlində 7 xalla IX pillədə qərarlaşıb.
0
0