Tuğrul Erat yığmamızın sabiq məşqçisinin komandasına qarşı oynadı
10.03.2014 - 13:29
Tuğrul Erat yığmamızın sabiq məşqçisinin komandasına qarşı oynadı
Almaniyanın 2-ci Bundesliqasında XXIV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, əsas yığmamızın yeni üzvü olan Tuğrul Erat yenə komandası “Fortuna”da növbəti oyununa çıxıb.

Belə ki, Düsseldorf təmsilçisi Drezdendə millimizin sabiq məşqçisi Olaf Yanssenin rəhbərlik etdiyi “Dinamo”nun qonağı olub. Tuğrul yenə bu matçda start heyətində meydana çıxıb və görüşü əvəz olunmadan keçirib. Matça gəlincə, hesabı meydan sahiblərinin fransalı yarımmüdafiəçisi İdir Uali açsa da, çexiyalı müdafiəçi Martin Latka görüşə əlavə olunmuş dəqiqələrdə hesabı bərabərləşdirib və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, bu nəticədən sonra “Fortuna” turnir cədvəlində 32 xalla IX pilləyə yüksəlib. “Dinamo” isə 24 xalla XVII sırada qərarlaşıb.