Türk əsilli futbolçu “Barselona”nın təklifini qəbul etmədi
20.02.2016 - 13:05
Türk əsilli futbolçu “Barselona”nın təklifini qəbul etmədi

Almaniya yığmasının Türkiyə əsilli futbolçusu İlkay Gündoğan mövsümün sonunda “Borussiya”nı tərk edəcək. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Dortmund klubunu başqa komandaya dəyişməyə qərar verib.

 

Gündoğanın “Mançester Siti” ilə razılığa gəldiyi bildirilir. Maraqlıdı ki, İlkay məhz bu səbəbdən “Barselona”dan aldığı təklifi qəbul etməyib.

 

Eyni zamanda, “Yuventus”un da maraq dairəsində olan Gündoğanın yayda “Dumanlı Albion”a köçəcəyi inandırıcı görünür.

 

Qeyd edək ki, 2011-ci ildən “Borussiya”nın formasını geyinən İlkay elə həmin ildən Almaniya yığmasına da dəvət alır.