Türk futbolçu “Liverpul” yolunda
20.05.2014 - 00:47
Türk futbolçu “Liverpul” yolunda

 

Liverkuzen “Bayer”ində forma geyən türk əsilli futbolçu Emre Can “Liverpul”un maraq dairəsindədir. Apasport.az saytının məlumatına görə, çempionluğu son anda itirən ingilis klubu növbəti mövsüm üçün heyətini gücləndirmək niyyətindədir.

 

“Liverpul” ilk növbədə Almaniyanın 21 yaşa kimi gənclərdən ibarət millisinin oyunçusu Emre Canı sıralarına qatmaq istəyir. “Baye”»in ötən mövsüm “Bavariya”dan transfer etdiyi Can üçün 10 milyon funt ödənilə bilər. İngilis mətbuatı yazır ki, “Liverpul” satılacağı halda futbolçunu ilk olaraq almaq hüququna sahib olan “Bavariya”ya bütün gücü ilə təzyiq göstərməyə çalışır.