19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin V qrupunun təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakıda keçiriləcək qrupun matçları noyabrın 10-da başlayacaq.
Azərbaycan həmin gün Ukrayna, 2 gün sonra Türkiyə ilə qarşılaşacaq. Komandamızın son turdakı rəqibi isə Bosniya və Herseqovina olacaq.
Qeyd edək ki, qrupun oyunlarından 5-i Bayıl stadionunda, biri “Dalğa Arena”da baş tutacaq.
AVRO-2016-nın seçmə mərhələsi
V qrup
10 noyabr
14:00. Türkiyə - Bosniya və Herseqovina
Bayıl stadionu
18:00. Ukrayna – Azərbaycan
Bayıl stadionu
12 noyabr
14:00. Bosniya və Herseqovina - Ukrayna
Bayıl stadionu
18:00. Türkiyə - Azərbaycan
Bayıl stadionu
15 noyabr
18:00. Ukrayna – Türkiyə
“Dalğa Arena”
18:00. Azərbaycan - Bosniya və Herseqovina
Bayıl stadionu
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə