Futbol üzrə Türkiyə kubokunda qrup mərhələsinin son görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, “Qalatasaray” ötən gün B qrupu çərçivəsində 6-cı matçına çıxıb.
“Cim-Bom” doğma azarkeşləri qarşısında “Antalyaspor”la üz-üzə gəlib. Əsasən yeni transferləri ilə meydana çıxan “sarı-qırmızılar” meydandan 0:0-lıq bərabərliklə ayrılıb. Bununla da, qrupu 2-ci yerdə başa vuran İstanbul təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb. Roberto Mançininin komandası yarımfinalda “Bursaspor”la qarşılaşacaq.
Onu da qeyd edək ki, zədə səbəbindən uzun müddətdir ki komandasına kömək edə bilməyən "Qalatasaray"ın təcrübəli yarımmüdafiəçisi Həmid Altıntop da 170 gündən sonra ilk dəfə bu matçda meydana çıxıb. O, oyunun 67-ci dəqiqəsində Umut Gündoğanı əvəzləyib.
Qeyd edək ki, B qrupundakı digər görüş, “Elazığspor” – “Tokatspor” matçı isə bu gün keçiriləcək.
|
1. ANTALYASPOR |
6 |
3 |
3 |
0 |
|
|
|
12 |
|
6 |
3 |
2 |
1 |
|
|
|
11 |
|
|
3. ELAZIĞSPOR |
5 |
1 |
2 |
2 |
|
|
|
5 |
|
4. TOKATSPOR |
5 |
0 |
1 |
4 |
|
|
|
1 |