Türkiyə mətbuatı “Turan”ı yada saldı
05.08.2015 - 08:35
Türkiyə mətbuatı “Turan”ı yada saldı

Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün “Şaxtyor”la (Ukrayna) cavab matçına çıxacaq “Fənərbaxça” ilə bağlı maraqlı yazı hazırlanıb. Apasport.az saytı xəbər verir ki, Türkiyə mətbuatı “sarı-lacivərdlilər”in tarixi ərzində avrokuboklardakı çıxışını araşdırıb.

 

Avropa arenasında 192-ci matçına çıxacaq “Fənər”in ən böyük uğuru isə Azərbaycan təmsilçisi ilə bağlıdı. Statistik yazıya əsasən, İstanbul klubunun Avrokubokda indiyə qədərki ən böyükhesablı qələbəsində 5:0 hesabı qeydə alınıb. O da 3 komanda üzərində. Belə ki, “Fənərbaxça” 1994/95 mövsümündə UEFA Kubokunun I seçmə mərhələsində Azərbaycan klubu “Turan”, 2006/07 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində “B36 Torshavn” (Farer adaları) və 2008/09 mövsümündə yenə Çempionlar Liqasının II təsnifat mərhələsində MTK (Macarıstan) üzərində 5:0 hesablı qələbə qazanıb.

 

Türkiyə klubunun tarixi ərzində ən böyükhesablı məğlubiyyəti isə 1975/76 mövsümünə təsadüf edir. Həmin vaxt komanda Çempionlar Kubokunda “Benfika”ya 0:7 hesabı ilə uduzmuşdu.

 

Qeyd edək ki, “Şaxtyor”la ilk görüşdə qolsuz heç-heçə edən “Fənərbaxça” bu gün Ukraynada cavab qarşılaşmasına çıxacaq.