Futbol üzrə Türkiyə yığma komandasının sabiq qapıçısı Rüştü Rəcbər ölkəsinin milli komandaların koordinatorluğu vəzifəsindən istefa verib. Apasport.az-ın xəbərinə görə, bu barədə qardaş ölkənin futbol federasiyası (TFF) rəsmi saytı vasitəsilə məlumat yayıb.
40 yaşlı sabiq qolkiper bu gün istefa ərizəsini ölkənin futbol qurumuna təqdim edib. Rəcbərin göndərdiyi məktubda bu sözlər yer alıb: “Məni bu vəzifəyə layiq görən başda TFF prezidenti cənab Yıldırım Dəmirörən olmaqla, idarə heyətinə və burada olduğum müddət ərzində mənimlə birlikdə olan iş yoldaşlarıma təşəkkür edirəm”.
Qeyd edək ki, “Fənərbaxça”, “Barselona” və “Beşiktaş” kimi klublarda çıxış etmiş və 2003-cü ildə dünyanın ən yaxşı üçüncü qapıçısı seçilmiş Rəcbər 26 may 2012-ci ildə Türkiyə yığması ilə Finlandiya arasında keçirilən yoldaşlıq görüşündə milli ilə son oyununa çıxıb. O, ötən ilin avqust ayından millidə çalışmağa başlamışdı.