Türkiyə millisinin oyunçusuna daha bir müştəri – [b]“Milan”[/b]
14.03.2014 - 00:01
Türkiyə millisinin oyunçusuna daha bir müştəri – [b]“Milan”[/b]

 

 

“Fənərbaxça”nın və Türkiyə millisinin futbolçusu Caner Erkini öz sırasında görmək istəyən Avropa klublarının sayı artır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, bu dəfə yarışa “Milan” da qoşulub.

 

Canerin “Fənərbaxça” ilə müqaviləsi mövsümün sonunda bitir. Bundan sonra azad agent statusunda olacaq futbolçuya İngiltərə “Tottenhem”i və İtaliya “Napoli”si elçi düşüb. Bundan əlavə, “Çelsi”nin baş məşqçisi Joze Maurinyunun da Canerlə yaxından maraqlandığı və onu komandada görmək istədiyi vurğulanır. İndi də İtaliyanın “Milan” klubu türk futbolçu üçün yarışa girişib.

 

Milanlılar 26 yaşlı futbolçuya ildə 1,9 milyon avro ödəməyə boyun olublar. Caner isə məvacibinin bir qədər də artırılmasını və müqavilənin anında “İmza pulu” istəyir. Onun bu ayın sonuna qədər “Milan”la müqavilə imzalaya biləcəyi iddia olunur.

 

Türk futbolçunun daha bir müştərisi isə Moskva “Spartak”ıdır. Xatırladaq ki, Caner Erkin bundan əvvəl Rusiyanın MOİK klubunun heyətində oynayıb. MOİK-in əzəli rəqibi olan “Spartak” futbolçuya ildə 2,3 milyon avro təklif edir. Caner isə təkrarın Rusiya paytaxtına dönməsi üçün ildə 3,5 milyon avro, “İmza pulu” kimi isə 4 milyon avro tələb edir.

 

Bu arada “Fənərbaxça” rəhbərliyi Canerə “Bizim təklifimizi gözləmədən hərəkət etmə” mesajı verib. Oyunçunun meneceri Batur Altıbarmaq “İlk öncə “Fənərbaxça”! Onlarla görüşmədən hərəkət etməyəcəyik” desə də, futbolçuya yaxın mənbələr Canerin “Milan” forması geyməkdə həvəsli olduğunu bildirirlər.

 

 

0