Türkiyədə futbol birinciliyi təxirə salına bilər. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyası (TFF) Super Liqanın avqustun 14-də başlayacağını elan etmişdi. Ancaq havaların həddindən artıq isti keçməsi səbəbindən birinciliyin başlaması bir qədər yubana bilər.
Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Super Liqa komandaları “Antalyaspor”, “Mərsin İdman Yurdu” və “Qaziantəpspor” federasiyaya müraciət edərək iqlim şəraiti ilə əlaqədar olaraq yarışların başlamasının təxirə salınmasını istəyib.
TFF bu məsələ ilə əlaqədar olaraq Metereologiya komitəsi ilə görüşüb bir qərar verəcək. Əgər Super Liqa təxirə salınarsa, o zaman PTT I Liqanın da təxirə salınması gözlənilir.