“Seneqalın Dakar şəhərində doğulmuşam. Orta səviyyəli bir ailədə böyümüşəm. 8 uşağıq. 5 oğlan, 2 də bacım var”. Apasport.az saytının məlumatına görə, bunu “Akhisar Bələdiyyəspor”un hücumçusu Umar Niass deyib.
Seneqallı hücumçu Türkiyə Futbol Federasiyasının “Tam Saha” adlı rəsmi jurnalına müsahibə verib. O, müsahibəsində Seneqalın əsas yığmasına çağırılmadığı üçün Türkiyə millisində oynamaq istəyindən bəhs edib.
Ailə həyatından danışan 23 yaşlı futbolçu böyük qardaşı İbrahima Niassın “Qəbələ”də oynamasını da xatırladıb: “Atam Seneqalda bir avtobus firmasında sürücü olaraq çalışırdı. 4 il əvvəl onu itirdik. Ailədə məndən başqa, 2 futbolçu da var. Qardaşlarımdan biri Azərbaycanda, biri isə Seneqalda peşəkar futbol oynayır”.
Umar qardaşı İbrahimanın vaxtı ilə “Nansi”yə keçməsinin onun da həyatında xüsusi rol oynadığını bildirib: “Uşaqlıqdan bəri futbol oynamağı çox istəyirdim. Atamla buna görə dəfələrlə mübahisə edirdik. Hətta futbol oynaya bilmək üçün məktəbdən ayrıldığım vaxtlar da oldu. Hazırda Azərbaycanda futbol oynamaqda olan böyük qardaşım o vaxt, yəni 2007-ci ildə Fransanın “Nansi” klubu ilə müqavilə imzalamışdı. Qısası, evdən ayrılırdı və önəmli bir karyeraya səhifə açırdı. Qardaşım bu baxımdan nümunə idi. Onun transfer təklifi alıb Fransaya getməsi atamın da bu mövzudakı düşüncəsini dəyişdirdi. O bu hadisədən sonra mənim futbol oynamağımı qəbul etdi”.
Qeyd edək ki, “Qəbələ”nin Antalya toplanışı zamanı Umar “Akhisar Bələdiyyəspor”da çıxış edən həmyerlisi İbrahima Sonko ilə birgə qardaşını ziyarət etmək üçün “Gloria Serenity” otelinə də baş çəkmişdi.
Türkiyə Superliqasında oynayan futbolçu: “Qəbələ”də oynayan qardaşım atama nümunə oldu
01.04.2014 - 17:58
0
0