Azərbaycanlı futbolçuların daha çox üstünlük verdikləri Türkiyə PTT I liqasında limitlə bağlı dəyişiklik edilib. Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, gələn mövsümdən legioner limitində dəyişiklik ediləcək.
Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörənin I liqa klublarının prezidentləri ilə keçirilən görüşündə legioner məsələsi müzakirə edilib. Verilən qərara görə, klublar gələn mövsümdən istədikləri qədər oyunçu ala bilərlər. Amma A siyahısında ən çox 25 futbolçunun adı olmalıdı. Həmin 25 oyunçudan ən azı 15-i yerli futbolçu olacaq. Bu “15-lik”dən isə 2-si klubun öz yetirməsi, 4-ü də Türkiyədə yetişmiş oyunçu olmalıdı.
Oyunlar zamanı “18-lik”də ən azı 13 yerli futbolçunun adı olacaq. “18-lik”də ən çox 5 legioner yer ala bilər ki, onların da hamısı start heyətində meydana çıxa bilər.