“Fənərbaxça”dan ayrıldıqdan sonra klubsuz qalan Türkiyə milli komandasının keçmiş müdafiəçisi Egemen Korkmaz İsveçrə klubu ilə anlaşıb. Apasport.az saytının məlumatına görə, müdafiəçi ikinci divizion klubu “Will 1900” ilə müqavilə imzalayıb.
Təcrübəli futbolçunun isveçrəlilərlə olan müqaviləsi 2 illik nəzərdə tutulub.
Qeyd edək ki, 32 yaşlı müdafiəçi bu zamana qədər Türkiyədə çempion olmuş 5 komandadan 4-də forma geyinmiş nadir oyunçulardandı. O, “Bursaspor”, “Trabzonspor”, “Beşiktaş” və “Fənərbaxça” formaları ilə meydana çıxıb.
Türkiyə milli komandasının da formasını geyinmiş Egemen əsas milli ilə 9 dəfə meydana çıxa bilib.