AZAL-da baxışda olan bosniyalı hücumçu Nedo Turkoviç bəyənilib. Apasport.az Qazaxıstanın sports.kz saytının yazarı Aleksandr Şatovun xəbərinə istinadən bildirir ki, 2013-cü il mövsümünün son 6 ayını “Akjayık”da keçirən 24 yaşlı futbolçu “təyyarəçilər”lə 2,5 illik müqavilə bağlayıb.
Ancaq maraqlıdır ki, klubdan bunu təkzib edirlər. AZAL-ın mətbuat xidməti bu futbolçu haqqında yekun qərarı sabah saat 17:30-da keçiriləcək “Ağsu” ilə oyundan sonra verəcəklərini bildirir.
Qeyd edək ki, 1,90 sm boyu olan Turkoviç ötən mövsüm Qazaxıstan çempionatında 11 oyun keçirib və 2 qola imza atıb. Nedo “Araz Naxçıvan”la yoxlama görüşündə isə AZAL-da ilk qolunu vurub.