Tyerri Anri ABŞ klubundan getdi
01.12.2014 - 20:40
MLS liqasında forma geyinən Tyerri Anri ABŞ-ın "Nyu-York Red Bulls" klubundan ayrılıb. Apasport.az saytının məlumatına görə, bu barədə Fransa millisinin sabiq hücumçusunun özü deyib.
37 yaşlı futbolçu sosial şəbəkədə 4.5 ildir heyətində çıxış etdiyi ABŞ təmsilçisindən getdiyini bildirib. Lakin o, hansı kluba keçəcəyi barədə məlumat verməyib.
Qeyd edək ki, Anri "Nyu-York Red Bulls"da 135 matçda meydana çıxıb və 52 qol vurub.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0