Üç futbolçu transferə çıxarıldı
06.01.2015 - 09:40
Üç futbolçu transferə çıxarıldı

Qış hazırlıq prosesi ərəfəsində heyətində ciddi islahatlar aparan "Xəzər Lənkəran" komandadan ayrılanlarla bağlı rəsmi qərar verib. Apasport.az saytının məlumatına görə, klubla yarımmüdafiəçi Elnur Abdullayev arasında müqavilənin müddəti başa çatdığı üçün futbolçu sərbəst oyunçu statusunda klubdan ayrılıb.

 

Bundan əlavə Rauf Əliyev, Əfran İsmayılov, Rəşad Sadiqov, Aleksandr Şemonayev və Vanderson Skarduelli ilə mövcüd olan müqavilələrə qarşılıqlı şəkildə xitam verilib. Adrian Skarlatake, Tyeqo de Jesus və Fernando Qabriel klub tərəfindən transferə çıxarılıb

 

Deyan Blajevski və Qalin İvanov klubun düşərgəsini icazəsiz tərk etdiklərinə və müqavilə öhdəliklərini kobud şəkildə pozduqlarına görə klub tərəfindən hər iki futbolçu ilə müqavilələrə birtərəfli şəkildə xitam verilib.

 

Mənbə: lankaranfc.com