Serbiya çempionatında III tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının pley-off mərhələsində Azərbaycan kubokunun qalibi “Neftçi”nin rəqibi olan “Partizan” “Doni Srem”lə qarşılaşıb.
Belqrad təmsilçisi ilk iki turda başladığı qələbə seriyasını davam etdirə bilib. “Neftçi” ilə ilk oyunda 3 qol vuran (3:2) Serbiya vitse-çempionu yenə eyni məhsuldarlıq göstərib – 3:0. 45-ci dəqiqədə Petar Skuletiçin penalti zərbəsi ilə hesabı açan meydan sahibləri fasilədən sonra daha iki dəfə qol sevinci yaşayıb. 67-ci dəqiqədə Danko Lazoviç,76-cı dəqiqədə isə Saşa Markoviç fərqləniblər.
Bu qələbədən onra hesabında 9 xal olan “Partizan” 1-ci pillədə qərarlaşıb. “Neftçi”nin rəqibi yalnız əlavə göstəricilərdə “Srvena Zvezda”nı qabaqlayır.