Uduzan komandanın ən yaxşısı
29.03.2014 - 16:03
Uduzan komandanın ən yaxşısı

Rusiyanın Soçi şəhərində keçirilən “Kuban baharı” turnirində baş tutan Türkiyə - Azərbaycan oyununun ən yaxşıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışı sonuncu – 12-ci pillədə başa vuran 19 yaşadək qızlardan ibarət yığmamızın heyətində bu dəfə Aysun Əliyeva fərqlənib.

 

Gənc futbolçu komandamızın 0:2 hesabı ilə uduzduğu qarşılaşmanın iki seçilən oyunçusundan olub. Belə ki, təşkilatçılar ənənəyə sadiq qalaraq 9-12-ci yerlər uğrunda oyunların son turunda da hər görüşün ən yaxşılarını fərqləndirib. Türkiyəlilərdən isə 2-ci qolun müəllifi Selin Dişli ən yaxşı seçilib.

 

Qeyd edək ki, Selin 30-cu dəqiqədə qol sevinci yaşayıb. Hesabı isə 4-cü dəqiqədə Əsra Özkan açıb.