UEFA-dan “Qalatasaray”a şok cəza
16.05.2014 - 23:36
UEFA-dan “Qalatasaray”a şok cəza

 

UEFA apardığı araşdırmalar nəticəsində maliyyə fair-play qaydalarını pozan “Qalatasaray”ı cəzalandırıb. Apasport.az saytının məlumatına görə, İstanbul klubu 200 min avro cərimə edilib.

 

UEFA apardığı araşdırma zamanı “Qalatasaray”ın maliyyə fair-play qaydalarını pozduğunu sübuta yetirib. Məlum olub ki, klub bu qaydanı pozaraq, qazandığı məbləğdən 9,4 milyon avro çox pul xərcləyib. Yeni qaydalara görə, klubların qazandığı məbləğdən çox vəsait xərcləməsi qadağandır. UEFA bunu nəzərə alaraq, “Qalatasaray” futbol klubunu 200 min avro məbləğində cərimə edib.

 

Artıq klubdan verilən açıqlamada bu məlumat təsdiq edilib və UEFA-nın qərarı qəbul edilib.