Azərbaycan futbolu tarixində ilk dəfə
12.05.2014 - 11:05
Bu gün Asiya Futbol Forumu (Soccerex Asian Forum) start götürüb. Apasport.az saytının məlumatına görə, mayın 14-dək davam edəcək tədbirə İordaniya ev sahibliyi edir.
UEFA rəhbərliyinin təyinatına əsasən AFFA-nın baş katibi Elxan Məmmədov da foruma qatılıb. O, UEFA-nın və qurum prezidenti Mişel Platininin nümayəndəsi qismində tədbirdə iştirak edəcək.
Qeyd edək ki, bu, Azərbaycan futbolu tarixində ilk belə hadiəsdir.
0
0