UEFA 1-ci səbəti iki yerə bölür
09.07.2015 - 15:57
UEFA 1-ci səbəti iki yerə bölür

DÇ-2018-in seçmə mərhələsinin püşkatmasının detalları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa zonası üzrə püşk zamanı müşahidə olunacaq bəzi məqamlar diqqət çəkir.

 

Belə ki, UEFA 1-ci səbətin komandalarının hansı qrupa düşməsinə nəzarət edəcək. Belə ki, İngiltərə, Almaniya, Hollandiya, Fransa, İtaliya, İspaniya kimi nəhənglər ilk 7 qrupdan birində yer alacaq. Bu isə o deməkdi ki, onlar 6 komandalı qrupda mübarizə aparacaq.

 

Güclüləri 5 komandalı qrupa düşməməsi üçün çalışan UEFA bu qərarın püşkdən bir gün əvvəl baş tutacaq Təşkilat komitəsinin iclasında təsdiqlənməsini gözləyir. Əgər bu, baş versə, I səbətin digər 4 komandası – Uels, Rumıniya, Belçika və Xorvatiyadan ikisi 6, ikisi 5 komandalı qrupda yer alacaq.

 

Seçmə mərhələnin 9 qrupunun qalibi birbaşa rusiyadakı mundial vəsiqə qazanacaq. Ən yaxşı nəticəyə malik səkkiz 2-ci yer sahibi pley-offda qüvvəsini sınayıb, digər 4 vəsiqənin sahibini müəyyənləşdirəcək.

 

Avropa zonası üzrə seçmə mərhələnin tarixi də bəllidi. Azərbaycan yığmasının da mübarizə aparacağı mərhələ 2016-cı il sentyabrın 4-də başlayacaq, 2017-ci il oktyabrın 10-da başa çatacaq.

 

Qeyd edək ki, seçmə mərhələnin püşkatması iyulun 25-də Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.