UEFA 3 klubu cəzalandırdı
16.08.2014 - 11:00
UEFA 3 klubu cəzalandırdı

UEFA Avropa Liqasında mübarizə aparan 3 komandanı cəzalandırıb. Apasport.az saytının xəbərinə görə, bunlar Rusiyanın “Dinamo” (Moskva), Slovakiyanın  “Slovan” və Polşanın “Rux” klublarıdı.

 

Səbəb isə hər 3 komandanın azarkeşlərinin bundan öncə keçirilən oyunlar zamanı irqçi şüarlar səsləndirməsidi. Qitə futbol qurumu cəza kimi komandalara növbəti matçlar zamanı stadionun yarısının bağlanmasını tapşırıb.

 

Qeyd edək ki, Avroliqanın pley-off mərhələsində “Neftçi”nin rəqibi olan Gürcüstanın “Çixura” klubu da eyni cəzaya qalmışdı. Onlar məhz təmsilçimizlə ev oyununda stadionun yarısından mərhum olmuşdu.