UEFA “Neftçi”nin futbolçularını cəzalandırdı
16.07.2015 - 12:03
UEFA “Neftçi”nin futbolçularını cəzalandırdı

UEFA-nın Nəzarət, Etik və İntizam Komitəsi Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Mladost” – “Neftçi” oyunu barədə qərar qəbul edib. Apasport.az-ın “Neftçi”nin rəsmi saytına istinadən məlumatına görə, qitə futbol qurumu paytaxt klubunun iki oyunçusuna ciddi cəza tətbiq edib.

 

İyulun 9-da Podqoritsa şəhər stadionunda keçirilmiş matçın sonunda hər iki komandanın futbolçuları arasında yaranmış münaqişədə iştiraka görə müdafiəçi Aylton Fereyra və qapıçı Maksim Vaylo cəzalandırılıb. Hər iki futbolçu 3 oyunluq diskvalifikasiyaya məruz qalıb.

 

Qeyd edək ki, “Neftçi” Monteneqro klubu ilə hər iki oyunda (2:2, 1:1) bərabərə qalmışdı. Səfərdə daha çox qol vurduğu üçün “Mladost” mərhələni adlamışdı.