UEFA “Real”ı irqçiliyə görə cəzalandırdı
30.05.2014 - 23:56
UEFA “Real”ı irqçiliyə görə cəzalandırdı

 

“Real Madrid” futbol klubu Çempionlar Liqasının bir oyununu qismən qapalı tribunalar şəraitində keçirəcək. Apasport.az saytının məlumatına görə, buna komandanın azarkeşlərinin irqçi davranışı səbəb olub.

 

UEFA-nın nəzarət-intizam instansiyası aprelin 23-də “Bavariya”ya qarşı keçirilən oyun zamanı baş verən hadisəyə görə belə bir qərar çıxarıb. Klub azarkeşləri irqçilikdə ittiham olunub və stadionun bir oyunluq qismən qapadılması barədə qərar qəbul edilib. Daha dəqiqi, UEFA turnirinin növbəti ev oyunu zamanı “Real”ın 120 və 122-ci sektorlarına azarkeşlər buraxılmayacaq.

 

Bundan əlavə, “Real” bu tribunaların hər birində “İrqçiliyə yox!” şüarı asmalıdır.