UEFA Azərbaycandakı əcnəbiləri fərqləndirdi
27.12.2014 - 12:25
UEFA Azərbaycandakı əcnəbiləri fərqləndirdi

Hər ölkədə ilin yekunları ilə bağlı araşdırma aparan UEFA Azərbaycanı da yaddan çıxarmayıb. Apasport.az saytı xəbər verir ki, ali futbol qurumu Azərbaycan Premyer Liqasında ilk iki dövrənin ən yaxşı 7 əcnəbi futbolçusunun adını açıqlayıb.

 

UEFA-nın rəsmi saytı Azərbaycandakı ən yaxşı “7-lik”də Leroy Corc, Muarem Muarem (hər ikisi "Qarabağ"), Aleksandr Amisulaşvili, Derlis Meza Kolli (hər ikisi "İnter"), Adrian Skarlatake ("Xəzər Lənkəran"), Karlos Kardozo ("Neftçi") və Draqan Çeranın ("Simurq") adını vurğulayıb.

 

Həmçinin Ansi Aqoli, Riçard Almeyda (hər ikisi "Qarabağ"), Mikel Alvaro ("İnter"), Sadio Tounkara ("Xəzər Lənkəran"), Rafael dos Santos ("Qəbələ"), Viktor İbekoyi (AZAL) və Georgios Pelagias ("Bakı") da ölkəmizdəki güclü əcnəbi futbolçular hesab ediliblər.