UEFA Bakıya göndərəcəyi hakimləri açıqladı
04.04.2014 - 13:41
UEFA Bakıya göndərəcəyi hakimləri açıqladı

Futzal üzrə UEFA kubokunun Bakıda keçiriləcək “Dördlər finalı”na təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, aprelin 24-26-da baş tutacaq qarşılaşmaları idarə edəcək hakimlərin adları bəlli olub.

 

UEFA “Araz” (Azərbaycan), “Barselona” (İspaniya), “Kayrat” (Qazaxıstan) və “Dinamo”nun (Moskva. Rusiya) mübarizə aparacağı yarışa 4 hakim ədalət təmsilçisi göndərəcək. Onların ən təcrübəliləri 43 yaşlı Borut Şiviç (Sloveniya) və ondan 4 il sonra anadan olan Alessandro Malferdir (İtaliya). 35 yaşlı Eduardo Joze Fernandeş Koelyu (Portuqaliya) və 33 yaşlı Mark Birkett (İngiltərə) həlledici mərhələnin nisbətən gənc hakimləridir.

 

Qeyd edək ki, bu hakimlərin yarımfinal və final matçlarına bölgüsü sonradan aparılacaq.