UEFA heyətləri açıqladı
27.01.2014 - 15:48
UEFA heyətləri açıqladı

Futzal üzrə Avropa çempionatının final mərhələsinin iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışa qatılacaq 12 milli komandanın sifariş vərəqləri açıqlanıb.

 

UEFA-nın rəsmi saytı yığmaların 14 nəfərlik yekun siyahısını dərc edib. Burada yarışda iştirak edəcək 168 futzalçının adı əksini tapıb. Azərbaycan yığması və onun yer aldığı C qrupunda çıxış edəcək İtaliya ilə Sloveniya da yekun heyətlərini UEFA-ya təqdim edib.

 

İtaliya 

Qapıçılar: Stefano Mammarella (“Akvasapone Emmeqros”), Mişel Miarelli (“Real Rieti”) 

Sahə oyunçuları: Assis Saad (“Barselona”), Rodolfo Fortina, Qabriel Lima, (hər ikisi “Asti”), Massimo de Luka (“Real Rieti”), Marko Ercolessi, Dabid Putano, Umberto Onorio, Aleks Merlim (hamısı “Luparense”), Luka LEqqiero, Daniel Qiasson, Sercio Romero (hamısı “Peskara), Auqusto da Silva Kaka (“Kaos”).

 

Azərbaycan

Qapıçılar: Laersio Buranello (“Araz”), Elnur Zamanov (“Ekol”)

Sahə oyunçuları: Amadeu, Auqusto, Biro Jade, Vitali Borisov, Edu, Rizvan Fərzəliyev, Felipe, Elnur Qəmbərov, Eafael (hamısı “Araz”), İlkin Haciyev, Seymur Mammadov (hər ikisi “Fənərbaxça”), Rəcəb Fərəczadə (“Ekol”)

 

Sloveniya

Qapıçılar: Alen Mordey (“Tulon”, Fransa), Damir Puşkar (Litija)

Sahə oyunçuları: Aleş Vrabel, Deyan Bizyak (hər ikisi “Tulon”, Fransa), Alen Fetiç, İgor Osredkar (hər ikisi “Makarska”, Xorvatiya), Kristjan Çuyec, Rok Mordey (hər ikisi “Nyu tim”, İtaliya), Uroş Krofliç (“Novi Marof”, Xorvatiya), Bencamin Melink (“Adriatika”, İtaliya), Qasper Vrhoveç (“Litija”), Sebastyan Drobne (“Melissa”, Kipr), Tilen Štendler (“Puntar”), Qay Rosiç (“Akademika”, Portuqaliya).