UEFA kuratoru hakimlərin toplanışına qatılacaq
12.01.2015 - 13:18
Topaz Premyer Liqasını idarə edən hakimlərin Türkiyə toplanışı üçün qonaq dəvət edilib. Apasport.az saytının məlumatına görə, yanvarın 13-dən 27-dək Antalyada təlim-məşq toplanışında olacaq referilərimizə UEFA kuratoru Aleksey Spirin baş çəkəcək.
Rusiyalı kurator nəzəri məşğələlərdə iştirak edəcək, müxtəlif mövzularla bağlı öz məsləhətlərini verəcək.
Qeyd edək ki, hakimlərin ötənilki toplanışına da Aleksey Spirin dəvət edilmişdi.
0
0