UEFA-nın nümayəndələri “Barselona”nın ötən gün keçirilən məşqini yarımçıq dayandırıb. Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb futbolçuların dopinq-testə cəlb olunmasıdır.
Məlumatlara görə, Kataloniya klubunun futbolçularından Pedro, Sesk Fabreqas, Andres İnyesta, Neymar, Lionel Messi, Aleks Sonq, Adriano, Dani Alves, İbrahim Afellay və İssaka Kuenki testdən keçib.
Qeyd edək ki, bu yoxlanışın “Barselona”nın qarşıdakı Çempionlar Liqası matçları üçün nəzərdə tutulduğu deyilir. İspaniya təmsilçisi 1/8 final mərhələsi çərçivəsində fevralın 18-də evdə, martın 12-də isə səfərdə İngiltərə “Mançester Siti”si ilə üz-üzə gələcək.