UEFA yığmamızı dəyərləndirdi
22.01.2014 - 18:04
UEFA yığmamızı dəyərləndirdi

Yanvarın 28-də start götürəcək futzal üzrə Avropa çempionatının final mərhələsi ərəfəsində turnir haqda yazılar dərc edən UEFA-nın rəsmi saytı Azərbaycan yığmasının yer aldığı C qrupunu dəyərləndirib. Apasport.az-ın məlumatına görə, futbol qurumunun nümayəndələri İtaliya, Sloveniya və millimizin mübarizə apardığı “üçlüy”ü nəzərdən keçirib.

 

UEFA təmsilçiləri əvvəl qrupu dəyərləndirib: “2003-cü ilin qitə çempionu İtaliya, 4 il əvvəlki yarımfinalçı Azərbaycan və final mərhələlərində məğlubiyyətdən qaça bilməyən Sloveniya eyni qrupda mübarizə aparacaq. Hər üçü komanda Avro-2014-ə pley-off oynamadan yüksəlib”.

 

Qitə futbol qurumunun rəsmi orqanı yığmamızın liderləri kimi Vitali Borisov, Biro Jade və Felipeni fərqləndirib. Keçmiş liderlərin olmamağı da diqqətdən yayınmayıb: “Daim inkişaf edən Azərbaycan futzalı 2010-cu ildə yığmanın yarımfinala yüksəlməsi ilə nəticələndi. 2012-ci ildə də final mərhələsinə çıxan komanda Serbiyaya sensasiyalı 8:9 hesablı məğlubiyyətlə qrupda qaldı. Slovakiya ilə qarşılaşmada əldə olunan vəsiqə ilə Azərbaycan 3-cü dəfə final mərhələsinə yüksəldi. Lakin bu dəfə qapıçı Andrey Tveryankin və xarizmalı Serjao kimi tananmış fiqurlar komandada deyil”.”