UEFA “Milan”ın sabiq yarımmüdafiəçisi Klarens Zeedorfa yeni vəzifə verib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu Hollandiya millisinin keçmiş oyunçusunu irqçiliklə mübarizə üzrə UEFA-nın səfiri təyin edib.
Bu qərar UEFA, Hollandiya Futbol Federasiyası (KNVB) və “İrqçiliyə qarşı Futbol” təşkilatı tərəfindən (FARE) formalaşdırılmış xüsusi komissiyanın iclasında qəbul edilib.
UEFA prezidenti Mişel Platini Zeedorfun təyinatı ilə bağlı belə şərh verib: “İrqçiliklə mübarizə üçün irəlidə daha çox işlər var. Mən şadam ki, indi bizə Zeedorf kimi belə bir insan kömək edəcək. O bütün ehtirasla və səmimiyyətlə irqçiliyin problemini aradan qaldırmağa çalışacaq. Klarensin təcrübəsi və biliklər bizə son dərəcə lazımdı”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı