Ueyn Runi ölkəsində ilin ən yaxşı futbolçusu adını qazandı
09.01.2015 - 01:34
Ueyn Runi ölkəsində ilin ən yaxşı futbolçusu adını qazandı

“Mançester Yunayted”n hücumçusu Ueyn Runi 2014-cü ildə İngiltərə millisinin ən yaxşı oyunçusu seçilib. Apasport.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyasının rəsmi saytında 29 yaşlı futbolçu səslərin 27 %-ini qazanıb.

 

"Liverpul"un yarımmüdafiəçisi Rahim Sterlinq ikinci, "Arsenal"ın forvard Deniel Uelbek isə üçüncü olub.

 

Bununla da Runi 2003-cü ildən ənənəvi olaraq keçirilən sorğuda üçüncü dəfə bu mükafata yiyələnən tək futbolçu adını qazanıb. O, daha əvvəl 2008 və 2009 ildə ən yaxşı oyunçu seçilib. Ueynin mükafatlandırılması martın 27-də, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Latviya yığması ilə oyunöncəsi baş tutacaq.

 

Xatırladaq ki, Runi milli komandada 13 matçda forma geyinib və 8 qola imza ataraq, ən yaxşı bombardir olub. Stiven Cerrardın yığmadan gedişindən sonra o, komandanın kapitanı təyin edilib. Ueyn noyabrda millidə 100-cü yubiley matçına çıxıb.

 

Qeyd edək ki, İngiltərədə ən gənc futbolçu (21 yaş) “Vest Braomviç”in oyunçusu Saido Beraino seçilib. O, səsvermədə “Tottenhem”in hücumçusu Harri Keynanı qabaqlayıb.