Ufuk Budak yeni komandasında debüt etdi
21.01.2014 - 12:54
Ufuk Budak yeni komandasında debüt etdi

Millimizin üzvü Ufuk Budak yeni komandasında debüt edib. Apasport.az saytının məlumatına görə, Budak Türkiyə PTT liqasının hesabat turunda meydanda olub.

 

Təvəllüdünə uyğun “90” nömrəli forma ilə meydana çıxan futbolçu “Qaziantep BB” – “Adana Dəmirspor” matçında birincilərin start heyətində yer alıb. O, 90 dəqiqə mübarizə aparıb. Ancaq onun da yer aldığı müdafiə xəttinin əlavə olunmuş dəqiqələrdə etibarsızlığı Qaziantep təmsilçisinin son dəqiqədə qapısından top buraxması və doğma meydanda məğlub olması ilə nəticələnib – 1:2.

 

Qeyd edək ki, Budakın yaxınlarda 1,5 illik müqavilə bağladığı “Qaziantep BB” hazırda 24 xalla 13-cü pillədədir.