Uğursuz tarix
27.08.2014 - 17:56
Uğursuz tarix

Azərbaycanın iki klubu – “Neftçi” və “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsinin cavab oyununu keçirəcəyi gün təmsilçilərimiz üçün uğurlu tarix deyil. Apasport.az saytının məlumatına görə, indiyədək yalnız bir dəfə Azərbaycan klubu avrokubok matçını avqustun 28-də keçirib.

 

Qitə miqyaslı turnirlərdəki çıxışlarımızın 22 illik tarixindəki həmin yeganə hal 1997-ci ilə təsadüf edib. Həmin vaxt Kuboklar kubokunda çıxış edən “Kəpəz” Latviya “Dinaburq”u ilə görüşüb. Gəncədəki qarşılaşmanın taleyini 1 qol həll edib. Təmsilçimizi məyus edən Baltikyanı ölkə təmsilçisi mərhələ adlayıb.

 

Qeyd edək ki, sabah “Neftçi” Serbiya “Partizan”ını qəbul edəcək, “Qarabağ” isə Hollandiyada “Tvente”nin qonağı olacaq.