Ukrayna avrokuboklardan məhrum edilməyəcək
27.05.2014 - 23:26
Ukrayna avrokuboklardan məhrum edilməyəcək

 

UEFA ölkədəki gərgin siyasi vəziyyətə görə Ukraynanı avrokuboklarda iştirakdan məhrum etməyəcək. Apasport.az saytının məlumatına görə, “Liverpool Echo”nun jurnalisti Qreq Okif Ukrayna komandalarının həm Çempionlar Liqasının, həm də Avropa Liqasının oyunlarında iştirak edə biləcəklərini vurğulayıb.

 

Okif bildirib ki, UEFA rəsmiləri ilə danışıb: “Onlar Ukrayna komandalarının avrokuboklardan məhrum edilməsi müqabilində heç bir ölkəyə əlavə yer verməyə hazırlaşmırlar. Avropa liqaları iyunun 2-nə qədər UEFA-ya avrokuboklarda iştirak edəcək klublar barəsində məlumat verməlidirlər. Ukraynanın iştirakını şübhə altına ala biləcək heç bir səbəb yoxdur. UEFA nümayəndələri Ukrayna klublarına qarşı sanksiyalar tətbiq etməyə də hazırlaşmır”.

 

Qeyd edək ki, gələn mövsüm Ukraynanı Çempionlar Liqasında Donetsk “Şaxtyor”u və Dnepropetrovsk “Dnepr”i, Avropa Liqasında isə Xarkov “Metallist”i, “Dinamo Kiyev”, Odessa “Çernomorets”i və Donetsk “Metallurq”u təmsil edəcək. “Dinamo Kiyev” çıxmaq şərti ilə digər komandaların hamısı qeyri-stabil bölgədə yerləşir.