Ukrayna millisinin oyunu azərbaycanlı hakimlərə tapşırıldı
23.01.2015 - 17:51
Ukrayna millisinin oyunu azərbaycanlı hakimlərə tapşırıldı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan azərbaycanlı hakimlər bu gün 4 oyuna təyinat alıblar. Apasport.az saytının məlumatına görə, ədalət təmsilçilərimiz “Neftçi”nin əvəzedicilərinin artıq başa çatan oyununda da iştirak ediblər. Artıq başa çatan həmin qarşılaşmada Rusiya “Dinamo”sunun (Moskva) gəncləri qalib gəlib – 2:1.

 

23 yanvar
"Spartak" - Sinqapur U-23

Hakimlər: Etibar Həsənov, Coşqun Həsənov, Cavanşir Yusifov

"Dinamo" M (U-23) - "Neftçi" (əvəzedicilər)
Hakimlər: Mahir Məmmədov, Vüqar Bayramov, Mübariz Haşımov

Ukrayna (U-21) - Albaniya (U-21)
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Rəvan Həmzəzadə

"Mordoviya" - "Qunaçjaou"
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev