[b]Ukrayna Premyer Liqasının bombardiri “Qəbələ”yə keçə bilər[/b]
06.01.2015 - 10:00
[b]Ukrayna Premyer Liqasının bombardiri “Qəbələ”yə keçə bilər[/b]

“Bir çox futbolçular qonşu ölkələr olan Azərbaycan, Qazaxıstan, Rusiya və Özbəkistana yollanmağa üstünlük verirlər. Çünki bu ölkələrdə yaxşı maliyyə durumu və daha dinc sosial mühit var”. Apasport.az saytının məlumatına görə, bu sözləri rumıniyalı FİFA meneceri Daniel Draqoş yerli mətbuata açıqlamasında deyib.

 

Onun müştərilərindən olan “Volın”ın hücumçusu Erik Bikfalvinin karyerasını məhz ölkəmizdə davam etdirmək şansı var. Amma Rumıniya yığmasının üzvünün Donetsk “Şaxtyor”una keçmə ehtimalı daha yüksək göstərilir. Daniel Draqoş isə hazırda danışıq mərhələsində olduqlarını deyib: “Yuxarıda adlarını sadaladığım ölkələrlə yanaşı, Ukraynadan da Bikfalvi ilə maraqlananlar var. Eşitmişəm ki, “Krasnodar” da onu istəyir. Amma mən “Şaxtyor” variantını daha real hesab edirəm. Əgər Mirça Luçesku həmyerlisini komandasında görmək istəsə, bu keçid daha da tezləşər”.

 

Qeyd edək ki, Bikfalvi ilə maraqlanan Azərbaycan klubu “Qəbələ”di. 26 yaşlı futbolçu 9 qolla hazırda Ukrayna Premyer Liqasında bombardirlər yarışına başçılıq edir.