Ukraynalı menecer: O, Samir Əliyevi çox bəyənmişdi
05.02.2014 - 12:33
Ukraynalı menecer: O, Samir Əliyevi çox bəyənmişdi

“Azərbaycanla əlaqəm yalnız Ruslan Leviqanın “Bakı” klubuna keçidində rol oynamağımla məhdudlaşmır. İllər öncə azərbaycanlı futbolçulardan birinin meneceri olmuşam”. Bu sözləri apasport.az saytına “Bakı” klubunun sabiq futbolçusu Ruslan Leviqanın meneceri Andrey Bileyçuk deyib.

 

Ukraynalı futbol agenti əməkdaşımızla söhbətində millimizin sabiq futbolçusu Samir Əliyevin meneceri olduğunu söyləyib: “Samir Əliyevlə çox yaxşı münasibətimiz var. İndi də zəngləşirik. O, 2002-2004-cü illərdə Ukraynanın “Volın” klubunda çıxış edən zaman meneceri mən idim. Daha sonra Samiri Rusiyanın “Uralan" klubuna apardım. Həmin vaxt bu klubun baş məşqçisi Leonid Slutski idi, hansı ki, hazırda Moskvanın MOİK klubunu çalışdırır. O, Əliyevi çox bəyənmişdi”.

 

Qeyd edək ki, Bileyçukun müştərisi olan Leviqa hazırda “Bakı” klubu ilə problem yaşayır. Ukraynalı futbolçu məvacibini ala bilmədiyi üçün paytaxt təmsilçisindən şikayətçidir.