Uruqvay millisində Suares şoku
22.05.2014 - 23:54
Uruqvay millisində Suares şoku

 

Bu mövsüm “Liverpul”un uğurunda böyük pay sahibi olan Luis Suares Uruqvay millisinin azarkeşlərini şoka salıb. Apasport.az saytının məlumatına görə, “Qızıl butsı”nı Kriştiano Ronaldo ilə bölüşən futbolçu əməliyyat olunacaq və dünya çempionatında oynamaya bilər.

 

Suares milli komandanın məşqi zamanı dizindən zədələnib. Onun mütləq əməliyyat olunacağı, sağalmasının isə 15-30 gün çəkə biləcəyi qeyd edilir. Ulduz futbolçunun iyunun 12-də başlayacaq dünya çempionatında oynayıb-oynamayacağı əməliyyatdan sonra bilinəcək.