Uruqvay millisinin kapitanı karyerasını bitirdi
21.01.2015 - 18:15
Uruqvay millisinin kapitanı karyerasını bitirdi

Uruqvay millisinin kapitanı Dieqo Luqano məcburiyyətdən karyerasını bitirməli olub. Apasport.az xəbər verir ki, 34 yaşlı müdafiəçini buna klub tapa bilməməsi vadar edib.

 

Sonuncu dəfə “Vest Bromviç”in formasını geyinmiş Luqano ötən mövsüm həmin komandadan ayrılandan bəri işsiz qalıb. Bir ildən çoxdu ki, özünə klub tapa bilməyən Luqano Braziliyada “Sao Paulo”nun bazasında fərdi məşqlər etməklə kifayətlənir. Ancaq məşq üçün qapısını onun üzünə açan klub rəhbərliyi Luqanonu heyətə cəlb etmək fikrində deyil.

 

Qeyd edək ki, bir müddət əvvəl Luqanonun “İnternasional”a keçmək eyhtimalı var idi. Lakin Braziliya klubu son anda onun xidmətindən imtina edib.