“Mançester Yunayted”in keçmiş qapıçısı Edvin van der Sar manukianlıların qapıçılarının məşqçisi ola bilər. Apasport.az saytının məlumatına görə, indiyə kimi qapıçılarla işləyən Kris Vds mövsümün sonunda komandadan göndəriləcək.
Mənbənin bildirdiyinə görə, dünya çempionatından sonra “MY”ya başçılıq edəcək Lui van Qal 43 yaşlı van der Sarı futbola qayıtmağa razı salıb. Qeyd edək ki, van der Sar 2011-ci ildə karyerasını başa vuranda Aleks Ferqüson ona qapıçıların məşqçisi postunu təklif etmişdi. Amma o zaman van der Sar bu təklifdən imtina edərək, ailəsi ilə daha çox vaxt keçirmək istədiyini bildirmişdi.